Zəfər Gününə özəl yazı…

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn şəhidlərimizi anmaq məqsədi ilə Neftçala rayon Ə. Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Hüseynova Gülnarə Fadil qızının rəhbərlik etdiyi 4a sinif şagirdləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala Rayon Bankə qəsəbəsi Özək sədri, ehtiyatda olan gizir Qarabağ Müharibəsi Veteranı Hüseynov Mübariz Eldar oğlu ilə birgə Bankə qəsəbəsi Şəhidlər Kompileksində Zəfər Bayramını qeyd etmək üçün şəhidlərimizin məzarlarını ziyarət etdik.

Tədbirdə şəhidlərin ruhu 1 dəqiqəlik sütkutla yad olundu.

Şagirdlərlə birgə Dövlət Himni səsləndirdikdən sonra “Şəhidlik və Qazilik nədir?” sualı mövzusunda söhbətlər aparıldı.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsinin Bankə qəsəbəsi Özək sədri, ehtiyatda olan gizir Vətən Müharibəsi Veteranı Hüseynov Mübariz Eldar oğlu dedi:

Şəhid – mənfur düşmənin gülləsinə tuş gəlmiş və dünyasını dəyişmiş, lakin ölü olmayan bir Vətən fədaisidir. Allah yolunda öldürülənlərə (şəhidlərə) “ölü”¬ deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz (əl-Bəqərə surəsi, 154-cü ayə).

Bir stəkanın içinə atdığın qəndin əriyib yoxa çıxması, onun yox olması demək deyil. Çayı içdikcə o qəndin tamını hiss edirsən, amma özünü görmürsən belə. Bizlər şəhidlərimizin qanı bahasına Bütöv Azərbaycan torpağnda azad gəzdikcə, həmin şəhidləri ruhlarımızda hiss edir, onların xatirəsini əbədi olaraq ürəklərimizdə yaşatmalıyıq.

Qazi — bəlkə bir daha görməyəcək, bəlkə bir daha yeriyə bilməyəcək, bəlkə bir daha əli ilə bir şeyi tuta bilməyəcək, bəlkə bir daha hec nəyə sevinib gülə bilməyəcək, və s… Amma bütün bunlara baxmayaraq hər zaman Azərbaycan torpaqlarının azadlığı uğrunda canını qurban verməyə hazır olan Vətən fədaisinə Qazi deyilir.

Ailəm və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından «Başın sağolsun, Vətən» deyib şəhid ailələrinə səbir diləyirik.

Hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özəyi

Bu xəbəri paylaşın: