«Qarabağa gəlməkdən qorxmayın, bu, bizim torpağımızdır» — Vardanyan yenə çərənlədi

“Qarabağa gəlməkdən qorxmayın, bu, bizim torpağımızdır”.

Qarabağdakı qondarma qurumun yeni Beqlaryanı Ruben Vardanyan öz Telegram kanalında belə yazıb.

“Qarabağa gəlməkdən qorxmaq lazım deyil.

Ermənilər arasında dünyanın ən yaxşı universitetlərinin məzunları çoxdur. Qarabağda belə yüksək səviyyəli mütəxəssislərin təcrübəsi və biliyi lazımdır. Biz həmişə sizi gözləyirik və birlikdə işləməyə hazırıq. Qarabağa gəlməkdən qorxmayın. Bu, bizim torpağımızdır”, – Vardanyan deyib.

P.S. Dərəni boş görəndə çaqqal-çuqqal yığışar deyib bizimkilər. Bu itin «mamasına» kimin borcu var aparıb versin, yoxsa Azərbaycan torpağına «bizim» deməzdi…

Bu xəbəri paylaşın: