ŞƏRƏFLİ ZABİT ÖMRÜ: FUAD QULİYEV — 50

İnsan üçün ən yaddaqalan tarixlərdən  biri onun doğum günüdür. Belə insanlardan  biridə peşəkarlığı və humanistliyi və səmimiyyəti ilə secilən Müharibə Veteranı ehtiyatda olan kapitan Quliyev Fuad  Yusif oğludur.  Noyabr ayının 9-da onun 50 yaşı tamam olur

Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı ehtiyatda olan kapitan Quliyev Fuad Yusif oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Arzu edirik ki,  Fuadın yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha da xoşbəxt etsin.

Quliyev Fuad Yusif oğlu  1972- ci ilin  noyabr ayının 9- da  Qaradağ rayonun Sahil qəsəbəsində zəhmətkeş ailədə anadan olub.

1987 ci ildə  Qaradağ rayonun  Sahil qəsəbəsində 228 saylı orta məktəbin  8 ci sinifni, 1991 ci ildə  Bakı yerli sənaye texnikomunu, 2010- cu ildə İslam Ünverstetini  bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində, Daxili Qoşunların  zabit və gizirlərin  hazırlığı və təhkimləşdirməsi  mərkəzində eləcədə hərbi hissələrində kecirlən bir cox metodiki- təlim

toplanışlarda , xüsusi -taktiki təlimlərdə, kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

 1992- 2000 ci illərdə  Daxili Qoşunların Baş İdarəsinin  Binəqədi, Ağdam, Ağdərə,  Füzuli, Zakatala, Qaradağ rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrdə ( hərbi hospitalda) Əsgər vəzifəsindən, Taqım və Böluk komandiri, Rabitə və Ais xidməti rəisi vəzifələrinə kimi, Vətənə, Dövlətə ,Xalqa  layaqətlə xidmət edib.

 Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Lacın, Qubadlı, Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində)  gedən döyüşlərdə fəal  iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir. Ağdərə rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə kəllə beyin travması alıb.O, 2000 ci ildən  etibarən 2  ci qurup müharibə əlillidir.

 Hərbi yoldaşları onu  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

 Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

 Müharibə Veteranı ehtiyatda olan kapitan Fuad  Quliyev  Xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin ( hospital rəisinin) müvafiq əmrləri müvafıq medalarla,  » əla xidmətlərə» görə döş və yubiley nisanları ilə təltif edilib, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FUAD BƏY!

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin huquqi məsələlər üzrə müavini   polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: