«Hər halda Cermukdan azərbaycanlıları adi gözlə görürük» — Qriqoryan

“Hər halda Cermukdan azərbaycanlıları adi gözlə görürük”.

Bunu Ermənistanın Vayots Dzor vilayətinin qubernatoru Ararat Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

Jurnalistlər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın Azərbaycan Silahlı Qüvvələrinin Cermukdan ilkin mövqelərinə geri çəkildiyi barədə bəyanatının doğru olub-olmadığını soruşublar. Qubernator söhbətin hansı qruplaşmadan getdiyini bilmədiyini deyib. lakin onun məlumatına görə, azərbaycanlıların bir hissəsi Cermuka yaxınlaşmaqda davam edir.

“Mənim heç bir əlavə məlumatım yoxdur, hər halda Cermukdan adi gözlə siz azərbaycanlıların göründüyü ərazini görə bilərsiniz.

Bu, narahatlıq doğurmaya bilməz. Lakin müdafiə qabiliyyətinin artırılması, əlavə qüvvələr hər hansı insident olarsa, adekvat cavab verəcəyimizə imkan verir”, – Qriqoryan deyib.

O bildirib ki, avropalı müşahidəçilərə Cermukdan görünən azərbaycanlıları göstəriblər. Onun sözlərinə görə, Aİ-dən olan müşahidəçilər qrupu hazırda Yexeqnadzordadır, lakin işlər Cermukda aparılır.

Ararat Qriqoryan əmin edib ki, Cermuk sakinlərinin hamısı olmasa da, müəyyən hissəsi şəhərə qayıdıb. Bir çox səfirliklər artıq şəhərə getməmək çağırışını ləğv edib.

Xuraman Etibarlı

Mənbə: KONKRET.az

Bu xəbəri paylaşın: