İsraildə yeni hökumət nə vaxt formalaşdırılacaq?

İsraildə keçirilən parlament seçkilərində qalib gələn “Likud” Partiyasının lideri Benyamin Netanyahu hökuməti formalaşdırmaq üçün rəsmi mandatı noyabrın 13-də alacaq.

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Bildirilib ki, ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini təsdiqləyib.

Qanuna əsasən, Netanyahu dekabrın 10-dək yeni Nazirlər Kabinetini formalaşdırmalıdır.

Noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində sağçı “Likud” Partiyası birinci, hazırkı Baş nazir Yair Lapidin “Yeş Atid” Partiyası isə ikinci yeri tutub.

Bu xəbəri paylaşın: