Oğulları ölmüş ermənilər «Doğuş yarışına» girişiblər…

Bir yazıda yazmışdıq ki, biz Gülüstanda keçirdiyimiz əməliyyata «Üzük» (əslində koltso-mühasirə anlamında idi. Ermənilərsə onu «Üzük» adlandırdılar), ermənilər Şuşanın işğalına «Dağlarda toy» adı verdilər. 44 günlük müharibə zamanı erməni quldur-separatçı dəstələri hərbi hospitalı Xankəndidə Doğum evinə yerləşdirdiklərinə görə «Doğuş əməliyyatı» qoyulmasını təklif etmişdik. Amma…

Xatırlayırsınızsa, 2021-ci ilin yanvarında separatçıların üzdəniraq lideri Arayik Arutyunyan öz “facebook” səhifəsində məlumat yaymışdı. O, bildirmişdi ki, müharibədən sonrakı dövrdə üzləşdikləri çətinliklər belə bir qərar vermələri ilə nəticələnib: “Mənim tapşırığımla, süni mayalanma üzrə proqram yenidən işə salındı ​​və bu proqram vasitəsilə bir çox körpələr dünyaya gələcək. Müharibədən sonra çiyinlərimizə düşən yük bu cür dəyişikliklər etməyimizə səbəb oldu”. Bu barədə yazmışdıq və doğuş növbəsinə dayanmış erməni «leşlərinin» analarını sizlərə tanıtmışdıq. Bu gün dəyərli alimimiz İsmayıl Tanrıverdinin yaydığı bir informasiya bu mövzuya qayıtmağımıza sövq elədi…

BDU- nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin Direktoru İsmayıl Tanrıverdi erməni siqmentinə istinadən yazır: «Dostlar, Sizi bilmirəm, amma mənə maraqlı və gülməli gəlir: «Ermənistanda 44 günlük müharıbədə övladlarını itirmiş ailələrdə «TƏSƏLLİ DOĞUŞ» kampaniyası davam edir»…

Yəni, ölmüş övladını əvəz etmək üçün orta yaşdan yuxarı olan valideynlər sanki yarışa giriblər ki, təsəlli üçün 20-22 yaşlarında ölən oğullarını əvəz edən yeni bir övlad dünyaya gətirsinlər. O da bəzilərində alınır, bəzilərində isə təbii olaraq QIZ övladı doğulur və «STOP» qərarı verirlər.

Şəkildə gördüyünüz «qəhrəman» ər-arvadın aqibətləri isə daha maraqlı olub. Dünən onların ekiz — yəni bir oğlan və bir qız uşaqları olub. İndi, bu uşaqlar böyüyüb 18-20 yaşına çatanacan bu ailənin aqibəti necə olacağı hələ ki, tək Allaha bəllidir.

Əlavə edim ki, indiyədək cəmi 7 ya da 8 ailə öz «arzusuna» çatıb.

Zənnimcə əlavə şərhə ehtiyac yoxdur. Sadəcə, sizin də fikirləriniz maraqlı olardı» — deyə İ. Tanrıverdi yazıb.

Beləliklə, Qarabağda oğulları «kübrəyə» dönmüş erməni anaları doğuş yarışına girişiblər. Məsələn, 44 günlük müharibədə itkin düşən Daniel Tizyanın bacısı doğulub.

2020-ci ilin payızında 44 günlük müharibədə itkin düşən hərbçi Daniel Tizyanın bacısı anadan olub. Bu barədə Beqlaryan tibb mərkəzindən məlumat verilib.

Körpənin anası Armenuhi Tizyan həyəcanla qeyd edir ki, onlar adla bağlı hələ qərar verməmişlər.

Əməliyyatı Armen Şahgəldyan və Tiqran Ter-İsahakyan həyata keçirib. Ana və qızın vəziyyəti yaxşıdır.

Cəbrayılda məhv edilən Arsen Qriqoryanın da qardaşı dünyaya gəlib.

Yerevan Şenqvit Tibb Mərkəzinin mətbuat xidməti oktyabrın 10-da Cəbrayılda dünyasını dəyişən qardaşı Arsen Qriqoryanın doğulduğunu açıqlayıb.

“Arsen ailənin tək övladı idi və onun ölümündən sonra evdə “ana” və “ata” sözləri deyən yox idi”, — deyə yeni doğulmuş körpənin anası deyir.

Rus erməniməramlıları gecə-gündüz işləməkdədirlər…

Müharibədə həlak olan Qarik Hovakimyanın da anası boş oturmayıb, bir qız dünyaya gətirib.

44 günlük müharibə zamanı məhv edilən Qarik Hovakimyanın bacısı İrəvandakı Şenqavit tibb mərkəzində anadan olub. Bu barədə cümə günü tibb mərkəzinin Facebook səhifəsində məlumat verilib.

Körpəyə Məryəm adının qoyulduğu qeyd edilir. O, 40 yaşlı Alina Atayanın üçüncü övladıdır.

Yeni doğulan körpənin çəkisi 3 kiloqram 300 qram, boyu 50 santimetrdir.

“Mariyanın doğulması ümid şüasına çevrildi və Hovakimyanlar ailəsində yaşamaq istəyi yaratdı”, — mesajda deyilir.

Yeranuhi Baqdasaryan deyir ki, hamiləliyi planlaşdırılmayıb, lakin onlar yenidən oğul övladı olacaqlarını biləndə həyat yeni məna kəsb edib. Oğlu dünyaya gəldikdən sonra nə hiss etdiyini izah edə bilmir.

44 günlük müharibədə Ermənistanın Geqarkunik rayonunun Astxadzor kəndindən 4 nəfər həlak olub. Ölənlər arasında Vahe Abroyan da vardı. O, 2020-ci ildə Ermənistan ordusuna çağırılıb və «Artsax» Respublikasında hərbi hissədə xidmət edib. Sentyabrın 27-dən döyüşlərdə iştirak etmiş, Vərəndədən (Füzuli) döyüşlərlə Karmir Şuka (Qırmızı bazar) kəndinədək iştirak edib. Oktyabrın 28-də Karmir Şuka uğrunda gedən döyüşlərdə heç 19 yaşı da olmayan Vahe Abroyan leş olub. Cəsarət və şücaətə görə Vahe ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilib.

Vahe Abroyan ailəsinin yeganə oğlu idi. 30 mart 2022-ci ildə onların ailəsində Vaan adlı başqa bir oğlan dünyaya gəldi. Oğlunun ölümündən sonra abroyalılar uşaq sahibi olmağı planlaşdırmasalar da, onların dediyinə görə, möcüzə baş verib.

Vahenin atası Karen Abroyan jurnalistlərə müsahibəsində deyir ki, müharibənin başlaması xəbərini aldıqdan sonra sentyabrın 29-da könüllü olaraq Qarabağa oğlunun yanına gedib. Amma ona çatmaq mümkün olmadı, ata Ömər aşrımına getdi. Döyüşdü, yaralandı, amma oğlunun bundan xəbəri yox idi.

44 günlük müharibədə gəbərən Karen Mirzoyanın yeni doğulmuş qardaşı və anası bu gün xəstəxanadan buraxılıb.

Onları 44 günlük müharibədə həlak olan Mxitar Qaleyan, Abqar Nazaryan, Zorik Şahramanyan və digər uşaqların anaları qarşılayıblar.

Yeri gəlmişkən, Mxitar Qaleyanın anası Astx Qaleyan da uşaq gözləyir.

Körpə aprelin 10-da dünyaya gəlib, ona qardaşı Karenin adı verilib.

Anası Araksiyanın dediyinə görə, doğuşdan bir müddət əvvəl o, Karenin ona göründüyü və tezliklə qayıdacağını bildirdiyi eyni yuxunu iki dəfə görüb. Bu arzular onu yeni doğulan oğluna Karen adını qoymasına səbəb olub. O, ölü oğlunun müəyyən mənada həqiqətən yeni doğulmuş körpədə yenidən doğulduğuna inanır.

Atmaca: Deyəsən ermənilərin «Papik Tapik»ləri də tezliklə bala verəcək. Erməniməramlıların içində genekoloqların gəlməsini də xəbər vermişdik. Volkovun da arağı boldur…

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: