Cəbrayıl veteranları şəhidin məzarını ziyarət ediblər

AVMVİB Cəbrayıl rayon şöbəsinin üzvü olan müharibə veteranları qəhrəman şəhidimiz, tabor komandirinin müavini kapitanNizami Vahid oğlu Yolçuzadənin ikinci ildönümü yas mərasimiylə əlaqədar şəhidin məzarını ziyarət ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev məlumat verib.

Ziyarətdə müharibə veteranları ilə yanaşı şəhidin döyüş yoldaşları da iştirak ediblər. Şəhidin məzarı üzərinə gül qoyulmuş və ruhuna dualar edilib.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir

Bu xəbəri paylaşın: