Separatçı «ordu» ləğv edilir: “Razılaşma var” — Abramyan

Qarabağın dağlıq hissəsindəki separatçı ordunun ləğvi məsələsi yenidən gündəmə gətirilir. “Qarabağın “müdafiə ordusu”nun ləğvi qəbuledilməzdir”.

Bunu “Şərəfim var” blokunun deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Qarabağ “müdafiə ordusu”nun ləğvi məsələsi yenidən gündəmə gəlir. Lakin əgər əvvəllər bu, Azərbaycanın təşəbbüsü ilə edilibsə və tələb kimi təqdim edilibsə, indi bu, Ermənistanın və qəribə də olsa, “Arsax”ın güc strukturları tərəfindən aktivləşdirilir və müzakirə olunur.

“Müdafiə ordusu”nun tam və ya qismən ixtisarının beynəlxalq təminatlar kontekstində və ya Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələrinin tərkibinin mümkün genişləndirilməsi kontekstində necə təqdim olunmasından asılı olmayaraq, bu, “qəbuledilməzdir”.

Birinci problem odur ki, Ermənistan hakimiyyəti bu mövzunu müzakirə üçün, daha doğrusu, sövdələşmə üçün gündəmə gətirir və bu da Qarabağla razılaşdırılmış məsələ kimi təqdim olunur.

İkincisi, mən təsəvvür edə bilmirəm ki, Qarabağa daha nə baş verməlidir ki, onlar bunu başa düşsünlər. Anlasınlar ki, bu konkret prosesin məqsədi, sözün əsl mənasında, Qarabağa dəstək olan sonuncu dayaq divarını aradan qaldırmaqdır.

Azərbaycan sülhməramlıların 5 illik səlahiyyət müddəti bitməmiş ən mühüm müqavimət institutunu aradan qaldırmağa tələsir. Bu halda nə danışıqlara, nə də mübarizəyə vəsait qalmayacaq.

44 günlük müharibədən sonra biz beynəlxalq təminatların necə pozulduğunu, sülhməramlıların mövcudluğunun və Qarabağın yeni ərazilərinin işğal edildiyini gördük”, – deyə Abramyan yazıb.

Xuraman Etibarlı

Mənbə: KONKRET.az

Bu xəbəri paylaşın: