“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası terroru pislədi

Müasir beynəlxalq münasibətlər sistemini Türkiyə Cümhuriyyəti olmadan təsəvvür etmək mümkün deyil. Demokratik dəyərlərə söykənən və türk millətinin böyük əzmkarlığı sayəsində siyasi, iqtisadi, mədəni, hərbi tərəqqi yolu ilə inamla irəliləyən Türkiyə Cümhuriyyəti hər il özünün quruluş gününü yeni-yeni uğurlarla qeyd edir və irimiqyaslı layihələrə imza atır.

Son illər dünyada gedən siyasi, iqtisadi və mədəni proseslərdə özünəməxsus yer tutan Türkiyə Cümhuriyyəti preziden cənab Rəcəb Tayyib Ərdoğanın başçılığı altında sürətlə inkişaf edən ölkələr sırasında yer alır. Türkiyə bu gün həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə inkişaf etməkdə olan ölkərlərdən biridir.

Türkiyənin regional gücdən qlobal aktora çevrilməsi, onun təsir imkanlarının və təsir dairəsinin böyüməsi xarici və daxili düşmənlərinin narahatçılığına səbəb olur.

Türkiyənin xarici siyasətindəki uğurları, onun qlobal gücə çevrilməsi, xüsusən Türk Dövlətləri Təşkilatının formalaşması, inkişafı, burada Türkiyənin aktivliyi heç şübhəsiz onun inkişafını istəməyən güclər tərəfindəın qısqanclıqla qarşılanır. Bu qısqanclıqlar özünü terror hadisələrində, ölkə sərhədlərində törədilən təxribatlarda, hücumlarda açıq şəkildə göstərir. 13 noyabr 2022-ci ildə baş verən terror hadisəsi də bunun açıq nümunəsidir. İstanbulun İstiqlal küçəsində həyata keçirilən xain terror hücumu Türkiyənin düşmənlərinin niyyətlərini bir daha nümayiş etdirdi. Lakin bu hücumlar Türkiyə Cümhuriyyətini yolundan dayandıra bilməz.

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyası olaraq biz bu xain terror hücumunu ciddi şəkildə pisləyir və qınayırıq. Azərbaycan olaraq hər zaman qardaş Türkiyənin və türk xalqının yanında olduğumuzu bildiririk.

Bu xəbəri paylaşın: