«Makronun ermənicə «tvit»lərini gözləmirik, hamısı boş sözlərdir» — Tevanyan

“Makronun ermənicə yazılarını gözləmirik”.

Bunu “Ermənistan” fraksiyasının üzvü Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

Belə ki, dünən İstanbulda baş verən terror hadisəsi ilə bağlı Fransa Prezidenti Emmanuel Makron türk dilində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Aİ müşahidəçilərinin monitorinqi Azərbaycanın “təcavüz”ünü aradan qaldırıbmı? Azərbaycan Silahlı Qüvvələri Ermənistan istiqamətində atəş açanda Qərb buna cavab olaraq Azərbaycana qarşı sanksiyalar tətbiq edirmi? Avropa ölkələri Əliyevi təbrik etmirmi?

Yeri gəlmişkən, Fransa Prezidenti Makron İstanbuldakı terror aktı ilə bağlı türkcə yazı dərc edib. Mən türkcə başa düşmürəm, amma bu, başsağlığı məktubu olmalıdır. Qərbin yumşaq gücü budurmu?

44 günlük müharibədə fransızlar ermənicə yazırdılar. Nə oldu? Boş-boş sözlər və vəssalam.

Fransa bizim dostumuzdur, lakin təhlükəsizlik məsələlərində təsir və gücə malik deyil. Ona görə də mən istəməzdim ki, Makron ermənicə “tvit” yazsın”, – deyə Tevanyan yazıb.

Xuraman Etibarlı

Mənbə: KONKRET.az

Bu xəbəri paylaşın: