İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanovun verdiyi məlumata görə, Biləsuvar rayonundan olan müharibə veteranları ənənəvi olaraq şəhidlərin məzarlarını ziyarət edərək, gül qoyublar.
Bölgə veteranlarını Ordu Günü münasibətiylə təbrik edirik.
Nurlan Məmmədli



