Azərbaycan Ordusunun 102 yaşı tamam olur.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi hissə — Əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunun yaratmasına hüquqi əsas verdi.
Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət — orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun – Silahlı Qüvvələr günü elan edilmişdir və hər il Azərbaycan xalqı bu günü bayram edir.
AVMVİB rayon şöbələri hər il bu günü coşquyla qarşılayırlar. AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev 26 iyun Silahlı Qüvvələr Günü münasibətiylə İctimai Birliyə göstərdikləri köməyə və diqqətə görə Balakən rayon İcra Hakimiyyətinin humanitar məsələləri üzrə müavini Nəzakət Rüstəmovaya, İH sosial məsələlər üzrə müavin Mehparə Nuriyevaya, rayon İcra Hakimiyyəti Başçısının müavini Azad Balayevə və rayon İcra Hakimiyyəti ictimai-siyasi, humanitar məsələlər şöbəsi müdirinin müavini Fariz Nəcəfova Fəxri Fərmanlar təqdim etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev, təltif olunanları Ordu Günü münasibətiylə təbrik etdi.
E. Səlim




