Azərbaycanı hədəf alan hərbi təlimlər davam edir

İşğal altında olan Ağdam rayonu Uzundərə ərazisində keçirilən hərbi təlimlərdə düşmənlər hədəf Azərbaycan olmasını Azərbaycan bayrağı ilə işarələyiblər.

Onlarla zirehli texnika, artilleriya qurğuları və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə aparılan təlimlər zamanı hərbçilərdən biri Azərbaycan bayrağını yerə atır.

Təlimləri Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan, Ermənistanın Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan və s. şəxslər izləyib. Təlimlərin Azərbaycan Milli Ordu Gününün qeyd edildiyi vaxtda təyin olunması da Ermənistan rəhbərliyinin bu tarixi təsadüfən seçmədiyinə işarədir.

Ən azı bu əməlinə görə, Azərbaycan vətəndaşı olan separatçılarının yeni lideri Araik Arutunyan barəsində cinayət işi qaldırmaq olar.

Ermənilər Qarabağda təlimlər zamanı Azərbaycan bayrağını hədəf aldı – VİDEO
Bu xəbəri paylaşın: