Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin üzvü olan müharibə veteranları şəhid Azərbaycanın Milli Qəhramanı İmamverdi Əliyevin mövlud günündə iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsi sədrinin müavini Elçin Zeynalov məlumat verib.
Bildirib ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqovun rəhbərliyi ilə şəhid İmamverdi Əliyevin abidəsi önünə gül qoyaraq ruhuna dualar oxuyublar.
Şəhid İ. Əliyev polis zabiti kimi Cəbrayıl rayonunun müdafiəsinə göndərilib, orada düşmənin dörd tankını məhv edib. Hadrud rayonunun Şaqax kəndi yaxınlığında iki yüz azğın düşmənə qarşı on altı saat döyüşüb, 1991-ci il 15 noyabr-da səhər çağı döyüşdə 28 nəfər erməni quldurən İmamverdi Əliyev özü də şəhid olub. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əliyev İmamverdi Barat oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir
