Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsi tərəfindən 4 — 14 noyabr tarixlərində Zəfər günü, və şəhidlərin ikinci ildönümü ilə əlaqədar Sabirabad rayon İcra Hakimiyyəti başçısının, onun müavinlərinin, Sabirabad rayonun Hüquq mühafizə orqanlarının rəhbərlərinin, Sabirabad rayonun Yeni Azərbaycan Partiyasının rayon təşkilatı sədrinin, Sabirabad rayon İcra Hakimiyyətinin müvafiq şöbələrinin iştirakı ilə şəhidlərin xatirəsinə ucaldılmış abidə komplekslərin aclışında, şəhidlərin məzarlarının ziyarət edilməsində, Sabirabad rayonunda Zəfər Günü və Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr edilmiş tədbirdə fəal iştirak edib.



Sabirabad rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarınin aidiyyatı üzrə vəzifəli şəxsləri və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhid ailələrini və müharibə veteranlarını qəbul edib.



Yeni Azərbaycan Partiyası yerli təşkilatında kecirlən tədbirdə Faiq Hüseynov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Sabirabad rayonu Yeni Azərbaycan Partiyası təşkilatının sədri tərəfindən Fəxri fərmanla təltif edilib.
Ümumiyyətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin üzvləri rayonda keçirilən bütün tədbirlərdə AVMVİB-ni layiqincə təmsil ediblər.






