Beyləqan rayonunda 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Elgün Yadulla oğlu Yunusovun Anım Günü tədbiri keçirildi.
Şəhid Elgün Yadulla oğlu Yunusov Beyləqan rayonu Talıbxanlı kəndində 30.06.1986-cı ildə anadan olub. Nsaylı hərbi hissənin tərkibində sürücü mexanik kimi döyüşlərə qatılıb. Döyüşlərdə göstərdiyi xidmətlər ölümündən sonra «Cəsur döyüşçü», «Vətən uğrunda», «Qubadlının azad edilməsinə görə» medalları ilə təltif edilib.


Anım mərasimində müharibə veteranları adından çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhid ailəsi üzvlərinə başsağlığı verdi. Bildirdi ki, qoy şəhid qardaşlarımızın ailələri görsünlər ki, biz onları unutmadıq və onları unutmağa kimsənin haqqı yoxdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov Birlik adından şəhidin atasına Fəxri fərman təqdim etdi.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan
