17 Noyabr Milli Dirçəliş Günü Tərtər rayonu Qapanlı kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.
Ç. İsayev bildirib ki, ziyarətdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayonunun hüquq mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları iştirak ediblər.
Tərtər rayonunun Qapanlı kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət edilərək gül dəstələri qoyulub. Şəhidlərin ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir
