İnsan ücün yada qalan tarixlə.rində biri onun doğum gügünüdür. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi,vətənpərvərliyi, sadəliyi,səmimiyyəti və insanpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə həkim kimi kecirən, hal-hazırda Xaçmaz rayonunun Mərkəzi xəstəxanasının Poliklinikasında həkım vəzifəsində calışan müharibə veteranı ehtiyatda olan tibb xidməti kapitanı Əliyev Nazir Şəmsəddin oğlunun noyabr 18-də 51 yaşı tamam olur.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında tibb xidməti sahəsində özümə məxsus yeri olan, vətənsevər daimi həyatın bütün snaqlarından ləyaqətlə və üzüağ çıxan müharibə veteranı ehtiyatda olan tibb xidməti kapitanı Nazir Əliyevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib— tükənməyən naliyyətlər arzulayır. Arzu edirik ki, Nazir həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Vətənə, Xalqa şərəflə xidmət etmiş sadə və təvazükar insan,zəngin mənəviyyat sahibi tibb xidməti kapitanı Nazir Əliyev 1971-ci ilin noyabr ayının 18- də yurdumuzun axarlı- baxarlı yerlərindən olan Şabran (Əvvəlki Dəvəçi) rayonunda zəhmətkeş ailədə anadan olub.


1988- ci ildə Şabran (əvvəlki Dəvəçi) şəhərində 3 nömrəli tam orta məktəbi gümüş medala bitrdikdən sonra, 1989 – cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 1- ci müalicə — profilaktika fakültəsinə daxil olub, 1995- ci ildə isə həmin institutu bitrib. О, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki- təlim toplanışlarda, seminar və konfranslarda, xüsusi taktiki təlimlərdə fəal iştirak edib. Nazir Azərbaycan Respublikasında və Türkiyə Cümhuriyyətində bir neçə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda ixtisasartırma kurslarında olub.
Müharibə Veteranı ehtiyatda olan Tibb Xidməti kapitanı Nazir Əliyev 1992 — 2008 — ci illərdə Azərbaycan Ordusunun və Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ağdərə, Ağdam, Kəlbəcər, Füzuli, Lənkəran, Xaçmaz (Yalama qəsəbəsində) və Quba rayonlarında yerləşən hərbi hissələrində Həkim- Terapevt, Tibb Məntəqəsinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
Nazir Əliyev Daxili Qoşunların Bas İdarəsinin Quba şəhərində yerləşən hərbi hissəsindən Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra öz ixtisası üzrə Quba və Xaçmaz rayonlarında özəl tibb müəssisələrində çalışıb, hal -hazırda Nazir həkim Xacmaz rayonun Mərkəzi Xəstəxanasının poliklinikasında həkim vəzfəsində işləyir.
O, 1992 — 1994 -cü ilərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Kəlbəcər, Ağdərə və Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Bu müddət ərzində o, şəxsi heyət arasında tibbi profilaktika tədbirləri həyata keçirmiş, çoxlu sayda yaralılara vaxtında ilkin tibbi yardım göstərərək, şəxsi fədakarlıq nümunələri göstərmişdir.O,ardı- arası kəsilməyən döyüşlər zamanı öz vəzifəsini layiqincə yerinə yetirərək, ağır yaralılara təcılı yardım göstərmiş, onların mərkəzi tibb müəssisələrinə vaxtında çatdırılmasına nail olmuşdur. Döyüşcülərlə ön mövqeydə çiyin — çiyinə döyüşən Nazir həkim onların sağlamlığı ilə problemləri vaxtında həll edə bilmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Hərbi və döyüşcu yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş həkim kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və işlədiyi mühitdə, istərsə də dost — tanış , qohum — əqraba, qonşu,ünisiyyətdə olduğu həmkarları və üzvü olduğu böyük ailənin arasında özünə böyük hörmət qazanıb.
Yüksək insani keyfiyyətləri ilə və kamil həkimlik peşəsinə qadir Nazir həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
Azərbaycan respublikasında ictimai asayişin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşlsının alınmasında, silahlı birləşmiş dəstələrin zərərsizləşdirilməsində, fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində,baş vermiş təbi fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medalarla, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub.
NAZİR HƏKİM, 51 YAŞIN MÜBARƏK!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev


