Finlandiyanın baş naziri: » Avropa Çin texnologiyasından həddən artıq asılıdır»

Finlandiyanın baş naziri Sanna Marin bildirib ki, hazırda Avropa Çin texnologiyasından həddən artıq asılıdır və bu asılılıqdan ehtiyatlı olmalıdır, Reuters xəbər verir.

“Düzünü desək, bu sahədə zəifliklərimiz var. Biz bunu çiplər və ya yarımkeçiricilər kontekstində hiss edirik, biz həddən artıq asılıyıq” deyə Helsinkidə illik startap tədbiri olan Slush-da çıxış edən Marin bildirib.

Onun sözlərinə görə, Avropa davam edən enerji böhranına səbəb olan Rusiya enerjisindən, eləcə də COVID pandemiyası zamanı müşahidə olunan tibbi ləvazimat çatışmazlığından dərs ala bilər. “Biz əmin olmalıyıq ki, bu texnologiyaları yaratmaq imkanımız və biliyimiz var ki, biz Çindən və demokratiyalardan fərqli məntiqə malik olan digər avtoritar ölkələrdən asılı olmayaq”, – deyə Marin bildirib. O, Avropanı süni intellekt və kvant hesablamaları kimi yeni texnologiya sahələrinin inkişafına daha çox sərmayə qoymağa çağırıb.

Bu xəbəri paylaşın: