Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanovu Fəxri fərmanla təltif edib.
Qurban Osmanov göstərdiyi qüsursuz fəaliyyətə, verilən qərar və göstərişlərə nümunəvi surətdə əməl etdiyinə görə təltif olunub.
AVMVİB sədri Füzuli Rzaquliyev Q. Osmanovu təbrik edərək bundan sonra da nümunəvi fəaliyyətini davam etdirməyi arzuladı.
Təbrik edirik!
E. Səlim
