Qardaş Qazaxstanda seçkilər başa çatıb

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev seçkilərdə 82,45% səslə qalib gəlib.

Bu barədə “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun keçirdiyi “exit-poll”un nəticələrində qeyd edilib.

Qazaxstanda seçkilər qanunlara uyğun şəkildə keçirildi, bütün namizədlərə bərabər imkanlar yaradıldığı bildirilir.

Bu sözləri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Qazaxıstanda prezident seçkiləri yeni siyasi epoxa açır və əsas hakimiyyət institutlarında islahatlar aparılacaq. Ölkədə kardinal dəyişikliklər olacaq”, — deyə o bildirib.

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hazırkı Prezident Kasım-Jomart Tokayevi prezident seçkilərində qələbə qazanması münasibətilə ilk təbrik edən ilk şəxs olub.

“Qazaxıstan Respublikasında keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Bu qələbə sizin dövlət başçısı kimi yüksək nüfuzunuza dəlalət edir və xalqın apardığınız genişmiqyaslı islahatlar və yeni təşəbbüslərə sarsılmaz inamının danılmaz sübutu, eləcə də dövlətimizin müstəqilliyinin təhlükə altında olduğu kritik saatlarda göstərdiyiniz mətanət, qətiyyət və müdrikliyin etirafıdır. Sizə hər zaman xalqın bütöv dəstəyi və hörmətindən istifadə etməyi arzulayıram”, — N.Nazarbayev bildirib.

O, noyabrın 20-də keçirilən növbədənkənar seçkilərdə Tokayevi qələbəsi münasibətilə açıq şəkildə təbrik edən ilk şəxs olub. Prezidentliyə hazırkı prezident də daxil olmaqla altı namizəd mübarizə aparır.

Bu xəbəri paylaşın: