“Belə anlaşılır ki, Ermənistanın varlığı ABŞ-ın bölgədəki siyasətinə ziddir” — Stepan Danielyan

Erməni politoloq Stepan Danielyan ABŞ dövlət katibinin Avrasiya və Avropa üzrə köməkçisi Karen Donfridin, «Azərbaycana göstərilən kömək ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur» açıqlamasını şərh edib.

O, Karen Donfridi tənqid edib: “Belə çıxır ki, Ermənistanın mövcudluğu ABŞ-ın bölgədəki siyasətinə ziddiyyət təşkil edir”.

Danielyan həmçinin qeyd edib ki, Ermənistan-İran sərhədinin Rusiya sərhədçiləri tərəfindən qorunması təhlükəli hala çevrilib. «Faktiki, Ermənistan bu siyasətə qarşıdır, çünki İranla daha da sıxlaşan çox yaxşı münasibətləri var, bu münasibət artıq hərbi xarakter almağa başlayır və orada Rusiya sərhədçiləri var. Bu baxımdan, dövlət katibinin köməkçisinin sözlərindən belə anlaşılır ki, Ermənistan öz varlığı ilə ABŞ-ın bölgədəki siyasətinə çox ziddiyyət təşkil edir», deyə Danielyan fikrini yekunlaşdırıb.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: