Saakaşvili vəkilindən prezidentlə görüşməyi xahiş edib — Şalva Xaçapuridze

“Saakaşvilinin toksikoloji hesabatını alanda prezident Salome Zurabişvili ilə əlaqə saxlayacağıq. Qaydaya görə, bu, bu həftə baş verəcək”.

Qafqaz.media xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze mediaya bildirib.

Xaçapuridze deyib ki, Saakaşvilinin vəkili kimi Salome Zurabişvili ilə görüş xahiş edəcək və ekspert rəyini şəxsən prezidentə verəcək.

“Mən prezidentlə görüş xahiş edəcəyəm, ondan sonra fikrimi bildirəcəyəm. Sonra Saakaşvilinin taelyi ilə bağlı söhbət olacaq. Amma Saakaşvili mənə əfv üçün müraciət etməyi demədi, o, mənə dedi ki, görüş, onunla danış və xəstəlik tarixçəsini ötür”, — Xaçapuridze bildirib.

Bu xəbəri paylaşın: