AVMVİB Tərtər rayon şöbəsi tədbir keçirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər  rayon şöbəsi tədbir keçirib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi sədri Çingiz İsayev məlumat verib.

Tədbirdə  qazilər ,veteranlar, öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəməyən Rəfizadə Şamxal Saleh oğlu, Cəfərov Fariz İldırım oğlu və Novruzov Elnur Fikrət oğlu  iştirak ediblər.

Qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı misilsiz zəfərin tarixi əhəmiyyəti barədə də çıxışlar olub. Çıxış edənlər şəhidlərimizi rəhmətlə anaraq Qəhrəman ordumuzun 44 günlük Vətən müharibəsində yazdığı tarixdən söz açıblar.

44 Günlük Vətən Müharibəsi Dövründə, torpaqlarımızın işğaldan azad olunması zamani qarşıya qoyulan tapşırıqlari uğurla yerinə yetirmiş, düşmənin esas qruplaşmalarini məhv eləməklə ordumuzun döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmis, Heydərli Fərid Rasim oğlu və Yusibov Elçin Nuru oğlu və  şəhid ailələrinə, qazilərə göstərdikləri  diqqət və qayğıya görə Rəfizadə Şamxal Saleh oğlu, Cəfərov Fariz İldırım oğlu və Novruzov Elnur Fikrət oğlu  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Rayon şöbəsinin Sədri Cingiz Isayev tərəfindən Fəxri Fərman ilə təltif ediliblər.

Elçin Qədirov

Bu xəbəri paylaşın: