Əlimərdan bəy Topçubaşov Parisdən Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda nə yazmışdı?

Əlimərdan bəy Topçubaşov Parisdən Nəsib bəy Yusifbəyliyə yazdığı 8 İyul 1919-cu il tarixli məktubundan:

«Amerika yəhudiləri ilə müəyyən əlaqələr var. Onlar ermənilərin apardıqları səs-küylü təbliğatın qarşısını almaq, ilk növbədə isə guya sentyabrda baş vermiş kütləvi erməni qırğınları ilə əlaqədar ittihamların doğurduğu xoşagəlməz təəssüratı dağıtmaq üçün Amerikaya bir neçə adam göndərməyimizi təkidlə məsləhət görürlər. Ümid edirəm ki, tezliklə Amerikan mətbuatında bizim haqqımızda daha səhih məlumatlar yayılacaq»

Yəhudi diasporası o vaxtdan Azərbaycanı dəstəkləyir.

1918-ci ildə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən‚ hökumətin Səhiyyə Naziri Yevsei Gindes yəhudi olmuşdur. Gindesin o zaman tibb elmində böyük kəşfləri vardı və Məmməd Əmin Rəsulzadənin yaxın dostlarından olmuş və Cümhuriyyətin qurulmasında Gindesin də xidmətləri olmuşdur. Məhz həmin illərdən yəhudi lobbisi ölkəmizə və xalqımıza dəstək olmuşdur. Bu gün də yəhudi lobbisinin Azərbaycana dəstəyi misilsizdir.

Azərbaycanla İsrailin münasibətləri qardaşlıq səviyyəsindədir və get gedə də münasibətlər inkişaf edir‚ dərinləşir‚ xalqlarımız daha da qardaşlaşır. Yəhudi xalqı Azərbaycana qardaş xalqdır. Tarixən‚ əsrlər boyu bu belə olub və bu gün də bu qardaşlıq davam edir.

M. Məmmədov

Bu xəbəri paylaşın: