İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günü günüdür.Belə insanlardan biridə dövlətmizin və millətmizin siyasi həyatında baş verən hadisələrə operativ mövqeyini bildirən şairə- publisist,müasir poeziyamızda öznəməxsus yeri olan,qələminə hörmət edən,həmişə döyüşcülərin arasında olan,qəlbi Vətənlə çırpınan xanım, əsl vətənpərvər,torpaq, el- oba qeyrəti çəkən qayğıkeş insan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafil qızıdır.Dekabr ayının 31 də onun 50 yaşı tam olur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi AVMVİB sədirinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafil qızını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik,Nəsibə İsrafil qızının yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Nəsibə İsrafil qızı ( İsmayılova) 31 dekabr 1972-ci ildə Qərbi Azərbaycanın Verdibasar mahalının Xalisə kəndində dünyaya göz açıb. Ali filoloqdur.
Nəsibə İsrafilqızı AYB-nin və AJB-nin üzvüdür. Şairə-publisist, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü, «Qızıl qələm» media mükafatı laureatıdır. BMT yanında Sülh Fedarasıyasının «Sülh səfiri «mükafatçısıdır. «Məmməd Araz», «Xan qızı Nətavan » və.s mükaflar laureatıdir». «Böyük Zəfər «, «Milli Ordu-100 və AVMVİB -25» xatirə medalarını mükafatçısıdır. «El Gücü «Beynəlxalq Humanitar Asosiyasiyasının Beynalxaq ələqələr şöbəsinin müdiri, Azərbaycan Qaçqınlar Cəmiyətinin Qərbi Azərbaycan İcmasının Qadınlar şürasının isə sədri olub (22 dekabr 2019- 01 iyul 2022). Müxtəlif televiziya və radio verilişində, dövrü mətbu orqanlarda vaxtaşarı çıxış edən şairə ,15 kitab, 50-dən cox mahnının müəllifidir, «MEHRİBAN» xanımlar qrupunun rəhbəridir, «Verdisbar qazetinin redaktorudur. «ƏSİLZADƏLƏR MƏCLİSİNİN» -nin üzvüdür.
50 illik yubiley gününüz mübarək olsun, Nəsibə İsrafil qızı.
Allah hər zaman qəlbini sıxıntıdan, bədbinlikdən qorusun.
Bütün arzuların çin olsun.
Daima xoşbəxt yaşa,ömrün uzun olsun.
Həmişə üzün gülsün,ürəyin sevinsin.







