TƏBRİK: ZAUR YUSİBOV

     Daxili Qoşunlarda öz dəsti -xətti olan, yüksək peşəkarlığı, humanistliyi , nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi, və təmkinliyi, sadəliyi və səmimiyyəti ilə  seçilən  ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə  keçirən ehtiyatda olan polkovnik- leytenant Yusibov Zaur Yusib oğlunun 31 dekabr 42 yaşı tamam olur. Bu gün münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi ehtiyatda olan polkovnik leytenant Yusibov Zaur Yusib oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

   Arzu edirik, Zaurun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili  isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

     Ehtiyatda olan polkovnik- leytenant  Yusibov Zaur Yusib oğlu  1980-ci ildə Gürcüstan Respublikasının Bolnis rayonununda zəhmətkeş ailədə anadan olub.

      O,1988-ci ildə Bolnis rayonunda  1-ci sinifi, 1995 -ci ildə Bakı şəhərində  8-ci sinifi, 1998-ci ildə Çəmşid Naxçıvanski adına hərbi liseyi 2002-ci ildə   Heydər Əliyev Adına Ali hərbi məktəbi, 2003-cü ildə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  hərbi məktəbini (Daxili Qoşunların ixtisas üzrə), 2013-cü ildə isə Türkiyə Silahlı Qüvvələrin Hərbi Akademiyasını  bitirib. Yusibov Zaur Yusib oğlu DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Xüsusi təyinatlı Dəstlərin hazırlığı üzrə Türkiyə, İsrail, Amerika, Rusiya və Çin dövlətlərində müvafiq kurslarda, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki — təlim toplanışlarda,xüsusi-taktiki təlimlərdə, komanda- qərgah məşqlərində,seminar və    konfranslarda,  bir sıra Xarici ölkələrdə  və Belarusiya Respublikasında   keçirlən  Xüsusi təyinatlı Dəstlərin  hazırlığı uzrə yarışmalarda fəal  iştirak edib.

      Ehtiyatda olan polkovnik- leytenant Yusibov Zaur Yusib oğlu 2003-2016 -cı illərdə Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində, Binəqədi və Xətai rayonlarında  yerləşən hərbi hissələrin Xüsusi təyinatlı Dətəsində qrup komandiri, Xüsusi Təyinatlı Dəstə komandirinin müavini, Xüsusi Təyinatlı Dəstənin komandiri, Daxili Qoşunların Bas İdarəsinin  Kəşfiyyat şöbəsində   Qoşun və  Əməliyyat  Kəşfiyyat bölmələrinin bölmə rəisi vəzifələrində  Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. Hərbi təcürbə mübadiləsi ılə bir   sıra xarici ölkələrin Jandarma Qüvvələrində  və Kırğıstan Respublika-sının Daxili Qoşun-ların Bas İdarəsində və Xüsusi təyinatlı hərbi hissələrində  olmuşdur .

    O, Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyiillər ərzində, Azərbaycan Respub-likasının Konstitusiya-sına və qanunlarına əməl etməkdə, Hərbi Andin,  Hərbi və Döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaş-mış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffə-qiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə

ruhlandırmışdır.

    O, DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.

   O, işlədiyi və oxuduğu   təhsil müəs-sisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.

   Ehtiyatda olan  polkovnik leytenant Zaur Yusibov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstər-mişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəs-sisələrində, istərsədə xidmət etdiyi və işlədiyi mühütdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

    Zaur, Azərbaycan Respublikasında ict-imai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhə-rdə, yaşayış məntəqə-lərində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütə-şəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilmə-sində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir. Zaur 44 günlük Vətən Müharibəsi zamanı daimi zabit və əsgərlərmizin yanında olaraq öz köməkliyini onlardan əsirgəmə-mişdir.

     O,, Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstər-diyinə görə,  döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmlən-dirilməsində  yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komanda-nın və onun müavinlərinin, Ali hərbi məktəb və Zabitlərin təhkimləşdirmə kurs  rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  «Əla xidmətlərə görə » doş ,yubley və müvafiq idman dərəcələri ilə təltif olunub, fəxri fərmanlarla, müvafiq diplomlarla,  qiymətli hədiyyələrlə mükafat-landırlıb,ona vaxtı-ndan əvəl «kapitan» və «polkovnik- leytenant»   hərbi rütbələri verlib və təşəkkür elan edilib.

    Yusibov Zaur Yusib oğlu  Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respub-likasının Prezidenti adından Daxili işlər Nazirinin müvaiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə»  1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının » isə 10-illiyi, 90-illiyi və 100-illiyi yubiley    medalları ilə təltif olunub.

     Ehtiyada olan  polkovnik- leytenant Yusibov Zaur Yusib oğlu, Hərbi  xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə  Azərbaycan Respub-likasının Prezidentının   09 mart 2007-ci tarixli 2019 nömrəli sərən-camına əsasən   «İGİDLIYƏ GÖRƏ»  medalı ilə təltif edilib.

    Silahlı Qüvvələrdən Ehtiyata  buraxldıqdan sonra  Yusubov Zaur Yusib oğlu hal- hazırda  Xüsusi   Mühüm Obyektlərin Mühafizəsi İdarəsində inspeksiyanın rəisi işləyir

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.

ZAUR MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyi sədrinin hüquqi işlər üzrə  müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: