İnsan üçün ən yadda qalan tarixlərdən biri də doğum günüdür.
Bu gün dövlətmizin və millətmizin siyasi həyatında baş verən hadisələrdə fəal olan ,həmişə Şəhid ailələrinin , döyüşcülərin arasında olan,qəlbi Vətənlə çırpınan əsl vətənpərvər,torpaq, el- oba qeyrəti çəkən qayğıkeş insan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri üzvü Rüstəm Mamedovun doğum günüdür.
Kəlbəcər rayonunda dünyaya gələn Rüstəm bəy dağlar qədər uca,təbiət qədər saf bir insandır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri üzvü Rüstəm Mamedovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik,Rüstəm bəyin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Rüstəm bəy, bütün gözəlliklər sənin olsun və bu gözəlliklər içində 100 — il yaşa!
Allah hər zaman qəlbini sıxıntıdan, bədbinlikdən qorusun.
Bütün arzuların çin olsun.
Həmişə üzün gülsün,ürəyin sevinsin.







