Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında tibb xidməti sahəsində öz dəsti-xətti olan, yüksək peşəkarlığı
humanistliyi, dəqiq-liyi, təmkinliyi, sadə-liyi, səmimiyyəti, mənəvi və işgüzar keyfiyyəti ilə, seçilən ən məhsuldar dövrünün 25- ildən cox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Nərmanov,Xətai və Qaradağ rayonların-da yerləşən hərbi hissələrində (hərbi hospitalında) müxtə-lif vəzifələrdə keçirən ali dərəcəli həkim, ehtiyatda olan tibb xidməti polkovnik- leytena-ntı Ağacanov Əjdər Məclum oğlunun yanvar ayının 1 də 55 yaşı tamam olur.
Daimi həyatın bütün sınaqlarından alınıacıq və üzüağ cıxan istefada olan tibb xidməti Polkovnik-leytenantı Əjdər Ağacanovu doğum günü münasibətilə, Azər-baycan Vətən Müha-ribəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nailiy-yətlər arzulayır.
Arzu edirik ki, Adil həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin!
Ali dərəcəli həkim Ağacanov Əjdər Məclum oğlu 1968 ci ilin yanvar 1 də Qusar rayonunun Moruqlu kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. O, 1984 -cü ildə Qusar rayonun Moruqlu kənd orta məktəbin 8-ci sinfini, 1986-ci ildə Bakı şəhərində kimya-biologiya təmayüllü liseyi, 1993-ci ildə Azərbaycan Dövlət Tibb Unveristetini bitirib.Əjdər həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir neçə dəfə Həkimlərin təkmil-ləşmə İnstitutunda müvafiq kurslarda olub.Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki-təlim topla-nışlarında, xüsusi- taktiki təlimlərdə, komanda — qərargah məşqlərində, müvafiq seminarlarda və kon-feranslarda fəal iştirak etmişdir.

Təcürbəli və zəh-mətkeş Əşdər həkim 1994- 2019 -cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Füzuli, Qaradağ, Xətai və Nərimanov rayonun-larında yerləşən hərbi hissələrində və hərbi hospitalında, Tibb məntəqəsinin rəisi, Tibb xidmət rəisi, Baş ordinator və İnfeksion şöbənin rəisi vəzifə-lərində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib. Əjdər həkim hal hazırda Qusar rayon mərkəzi xəstəxana-sında baş həkimin müavini vəzifəsində işləyir.
Vətən qarşısında xidmətləri olan əsl cəfakeş ali dərəcəli Əjdər həkim Azər-baycan Respublika-sının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamə-lərin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsində bır çox hərbi qulluqçulara və hərbi həkimlərə şəxsi nümunə olmuşdur. Hippokrat andı içən Əjdər həkim həmişə həkim andına sadiq qalaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsin-dən layiqincə gəlmi-şdir.
Əjdər Məclum oğlu Ağacanov qorxmaz, səxavətli, əliaçıq və zəhmətkeş həkimdir. O,harda işləməsindən asılı olmayaraq istər oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, ist-ərsə yaşadığı ərazidə, qohum- əqraba arasında,istərsə də işlədiyi və xidmət etdiyi mühütdə, dost- tanış arasında özünə layiq hörmət qazan-mışdır.

O,Daxili Qoşunlar-da xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.
Tibb xidməti polkovnik- leytenantı Əjdər Ağacanov cox dəyərli bir həkimdir (insandır). Bu gün ki, gündə Əjdər həkim cəmiyyətin qabaqda gedən, sayılıb- seçilən zəhmətkeş, insan-pərvər həkimlərdən (insanlardan) biridir. O,bu səviyyəyə öz gücü, bacarığı, təcürbəsi, calışqan-lığı, təşkilatçılıq bacarığı, şəxsi intizamı səviyyəsində ucalıb.
Əjdər həkim hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə apararaq daimə qələbə qazanmışdır. Bu həkim (insan) ücün ən meyar, başlıca amal qürurunu saxlamaqdan ibarət olub. O,harada işləməsinə ,xidmət etməsinə baxma-yaraq, öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, qanun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur, buna görə də hec kəsin qarşısında gözü-kölgəli və borclu qalmamışdır. Bütün bunlara görədikidir ki, Əjdər Məclum oğlu həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyəti-nin, işgüzar fəaliy-yətinin toxunmazlığını və nüfuzunu qoru-muş,vüqarını daima yüksək saxlayaraq, alnı açıq və başı uca gəzmişdir. Xalqa,elə, el-oba qatğılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.
Əjdər həkim hərbi xidmətdə fəriqləndiyi-nə görə Daxili İşlər Nazirinin,Daxili Qoş-unların Komandanın və onun müavinlər-inin, hərbi hissə komandirin və hospital rəisinin müvafiq əmrləri ilə “əla xidmətlərə görə” döş və yubiley nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Əjdər Məclum oğlu Azərbaycan Respub-likasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri «Qüsursuz xidmətlərə görə» 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi, 90-illiyi və 95-iliyi yubiley medalları ilə təltif olunub.
Xidmətdə fəriqləndiyinə görə O, Azərbaycan Respub-likasının Prezidentinin müvafiq sərəncamı ilə «HƏRBİ XİDMƏTLƏ-RƏ GÖRƏ » medalı ilə təltif edlib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏJDƏRHƏKİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev
