Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 10 8190 hərbçisi zərərsizləşdirilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiyanın digər döyüş itkiləri 3036 tank, 6100 zirehli maşın, 2033 artilleriya sistemi, 424 reaktiv yaylım atəşi sistemi, 214 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 240 helikopter, 1839 operativ-taktiki PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq və 181 xüsusi texnikadan ibarətdir.
Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.