Yüksək peşəkarlığı, humanistliyi, vətən-pərvərliyi, təmkinliyi, və samimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrün—ün 31 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin İdman komandasında keçirərək Xalqa, dövlətə sədaqətlə xidmət edən Silahlı Qüvvələr Veteranı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi polkovnik Namiq Yadulla oğlunun yanvar ayının 4 -də 52-yaşı tamam olur.
Azərbaycan Vətən Müharibəsi Veteran-ları İctimai Birliyin rəhbərliy, «Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi » Abdullayev Namiq Yadulla oğlunu dogum günü munasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, aliə səadəti və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır. Arzu edirik.
Namiq Abdulayevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istək-lərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Abdullayev Namiq Yadulla oğlu 04 yanvar 1971-ci ildə Bakı şəhərində ana-dan olub. Əslən Xızı şəhərindəndir. Namiq Abdullayev çoxuşaqlı zəhmətkeş ailədə böyüyüb.
Abdullayev Namiq Yadulla oğlu Nəsimi rayonun 19 nömrəli tam orta məktəbini, Bədən Tərbiyəsi və İdman Akademiyasını, Bakı Dövlət Universitetinin Hüquq fakültə-sini bitirib.

O, 1992-ci ildən etibarən Daxili Qoşunların Baş idarəsinin İdman komandasında atıcı-idmançı,məşqçi, baş məşqçi vəzifələrində xidmət edib, üzün müddətdir ki Namiq Abdulayev DQBİ-nin İdman komandasının rəisi vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edir.
O, DİN – in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O, işlə-diyi və oxuduğu təhsil müəssisələrində, yaş-adığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
O,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respubli-kasının Konstitusi-yasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaş-mış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffə-qiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Namik Abdullayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit və baş məşqci kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Polkovnik Namiq Abdullayev, 1983-cü ildən Azərbaycan Respublikasının əmə-kdar məşqçisi Vahid Məmmədovun başlığı ilə «SPARTAK» İC-də sərbəst güləş idman növu ilə məşğul olmaqla başlayıb, dəfələrlə Azərbaycan çempionu bir çox yarışların və Beynəl-xalq turnirlərin qalibi olub.
1989-ci ildə SSRİ birinciliyində (gənc-lərin) birincliliyində gümüş, 1990-cı ildə SSRİ çempionatında bürünc medal qazanıb. 1990-cı ildə «Dünya kuboku» yarışmasının qalibi olub.1991-ci ildə gənclər arasında SSRİ xalqlarının spartakia-dasında gümüş, 1991-ci ildə gənclər arasında dünya birinciliyində bürünc, 1992-ci ildə sonuncu dəfə MDB ölkələrinin çempion-atında qızıl medal qazanıb.
Aleksandr Nedvedin şərəfinə kecirlən «QRAN-PRİ» beynəl-xalq turnirinin üç qat qalibidir. 1996-cı ildə İvan Yarginin şərəfinə keçirlən «QRAN-PRİ turnirinin qalibi olub , 1997-ci ildə isə həmin turnirdə 2 (ıkinci )yerə layiq görülüb.
Namiq Abdullayev 1994, 1995, 2003. -cü illərdə Avropa çempio-natında qızıl medal qazanıb. 1996-cı ildə 3 -cü (üçüncü )yerə, 1997 və 2006-cı illərdə isə 2-ci (ikinci) yerlərə layiq görlüb. 1994, 1998, 2002-ci illərdə Dünya çem-pionatında gümüş, 2006-cı ildə isə bürünc medal qazanıb.
Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi polkovnik Namiq Yadulla oğlu Abdulayev 1995-ci ildə Hərbiçilərin Olimpiya oyunlarında gümüş ( 2 -ci yer Atlanta ), 2000-ci ildə Avstraliyada keçirilən XXVII yay Olimpiya oyunlarında qızıl medal qazanıb. Sidney yay olimpiya oyunlarının paradında Azərbaycan Koman-dasının bayraqdarı olub.» Dünya Kuboku» yaraışmasinin qalibi, 2004-cü Afinada keçirilən XXVIII yay Olimpiya oyunlarının istrakcısı olub.
Namiq Yadulla oğlu Abdullayev keçmiş SSRİ və Beynəlxalq idman ustası, Azərbaycanın əmək-dar idman ustasıdır. Polkovnik Namiq Abdullayev Azərbay-canın Əməkdar idman məşqicisidir.Azərbaycanın Güləş Fede-rasiyasının Vitse-prezidentidir, Milli Olimpiya İcra komitəsinin üzvüdür, 2001-ci ildən Azər-baycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdçüsü ,2008-ci ildən etibarən isə Heydər Əliyev Fondunun olimpiya cempionlar təqaüd-çüsüdür.

Namiq Abdullayev xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşdığına və idman sahəsində göstərdiyi ən böyük naliyyətlərə görə Azərbaycan Respubli-kasının Prezidentinin sərəncamlarına, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin müvafiq əmrlərinə əsasən -«Əla Xidmət-lərinə Görə” döş və yubiley nişanları ilə, bir cox fəxri fərmanlarla, müvafiq diplomlarla, qiymətli hədiyyələrlə mükafat-landırlıb ona vaxtin-dan əvvəl hərbi rütbələr verlib və təşəkkür elan edilib.
Namiq Yadulla oğlu Azərbaycan Respu-blikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrlərinə əsasən «Silahlı Qüvvələr Veteranı,» «Qüsursuz xidmətə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaran-masının » 10- iliyi, 90-illiyi, 95-illiyi və 100-illiyi yubiley medalları ilə təltif olunub.
Polkovnik Namiq Abdullayev Azərbay-can Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsas-ən «Şöhrət Ordenı» ilə, «Tərəqqi» və «Hərbi Xidmətlərə Görə» medallarla təltif edilib və ona » Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi» adı verlib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
NAMİQ MÜLLİM!
GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ…
AD GÜNÜN MÜBARƏK OLSUN…
Azərbaycan Vətən Müharibəsi Veteran-ları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev

