1804-cü il yanvarın 3-də Gəncə hakimi Cavad xan Qacar rus işğalçılarına qarşı döyüşdə şəhid olmuşdur. Allah Azərbaycanın bu qeyrətli oğluna rəhmət eləsin. O, əsl mücahid və zadəgan idi.
Bəzən sosial şəbəkələrdə Cavad xanın şəhadətilə bağlı heç bir əsası olmayan, yanlış məlumatların yayılması cəhdlərinə rast gəlirik. Buna görə də qərara aldıq ki, sanballı mənbələrin həmin hadisə barədə məlumatlarını dəyərli oxucuya təqdim edək:
Rus hərbçisi və tarixçisi Василий Александрович Потто-nun (1836-1911). «Кавказская война» (том I, стр. 357) adlı fundamental əsərindən: «Çavad xan Qacarı Gəncə qalasının Hacı Qala qülləsində rus ordusunun kapitanı Kalovski qılınc döyüşündə qətlə yetirdi (şəhid etdi). Kapitan Kalovskini isə elə oradaca şəhid xanın döyüşçüsü qılıncla doğrayaraq öldürdü».
Digər rus hərbçisi və tarixçisi, akademik Николай Фёдорович Дубровин-in (1837-1904) «История войны и владычества русских на Кавказе» (том IV, стр. 145) adlı məşhur əsərində də eyni məzmunlu məlumat verilmişdir: «Cavad xan Gəncə qalasının iki qülləsindən birindəki ən böyük topa söykənərək əlində qılınc sona qədər vuruşdu. Onu rus hərbçiləri qılıncla doğradılar».
Araz Şəhrili
