Nərimanov batalyonunun veteranları batalyonunun şəhidlərinin ildönümü münasibətilə Şəhidlər Xiyabanın və 2-ci Fəxri Xiyabanı ziyarət ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov məlumat verib.
Şəhidlər xiyabanını və 2-ci Fəxri xiyabanı ziyarət edən veteranlar şəhidlərin məzarı üzərinə gül dəstələri qoyub, dualar oxuyublar.




