Şərəfli Və Mənalı Zabit Ömrü:Şakir Əhmədov -61

Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında öz dəst- xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti,  sadəliyi, səmimiyyəti,  dəqiqliyi, təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün  33 — ildən çox şərəfli xidmət yolunun iki ilinu hərbi xidmətdə, otuz bir ilini isə Daxili İşlər Orqanlarında keçirən   istefada olan  polis mayoru Əhmədov     Şakir Oktay oğlunun  yanvar ayının  9 -da 61 yaşı tamam olur.

   Daimi həyatın  bütün imtahanlarından alnı  açıq və üzüağ çıxan Polis və Müharibə Veteranı istefada olan Əhmədov Şakir Oktay    oğlunu doğum günü münasibətilə    “Azərb aycan Vətən Mühari bəsi Veteranları» İctimai Birliyinin (Avmvib) rəhbərliyi onu səmimi qəlbdən təbrik edir,  ona həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyət lər arzulayır.  Arzu  edirik, Şakirin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin,hər yeni ili isə onu istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə  kecsin.

      Mayor Əhmədov Şakir  Oktay oğlu  1962 — ci ilın yanvar ayının  9- da  Azərbaycan Respub likasının Beylaqan rayonunda  zəhmətkeş ailədə dünyaya göz açıb.

   Mayor Şakir Əhmədov  1979 — ci ildə Beylaqan  rayonun   2 nömrəli  tam orta məktəbi,  1991 — ci ildə Gəncə şəhər  Avtomexanika  texniko munu, 2001 — cı ildə   isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. O, Daxili İşlər Orqanlarında  xidmət etdiyi illər  ərzində, Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında keçirilən bir çox metodiki — təlim toplanış larda, xüsusi  — taktiki təlimlərdə , Komando —  qərargah  məşqlərində,  müvafiq kurslarda, seminar və konfrans larda fəal iştirak edib.

   O,1980 -1982 — ci illərdə Sovet Ordusunun Voronej şəhərində yer ləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə  olub.

     1982-2015 -ci  illərdə  Daxili İşlər Nazirliyinin    Beylaqan və Xocavənd rayonlarında yerləşən polis şöbələrində polis nəfəri, cinayət axrarış bölməsində əməliyyat müvəkkili, təhqiqat bölməsində təhqiqatcı və bölmə rəisi vəzifəsin də Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

   O, Azərbaycanın ərazi bütövlüyü uğrunda ged ən döyüşlərdə  iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

  Mayor  Şakir Əhmədov  Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində,  o cümlədən əməliyyat şəraitinin təhlili, idarə çilik mexanizminin təkmilləşdirilməsi, kom pleks tədbirlərin hazır lanması və digər sahələrdə üzərinə düsən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirmişdir,  bu illərdə  bir çox əməkdaşın yetişməsində  xüsusi əməyi olmuşdur. O, təqaüdə çıxandan sonra  da  şəxsi heyətin  hərbi — vətənpərvərlik  tərbi yəsində  və peşəkarlığın   artırılmasında  yüksək səviyyədə   bir çox işlər görür.Polis veteranı kimi Daxili İşlər orqanlarının  ictimai həyatında yaxın dan iştirak edərək,  zəngin  həyat və xidməti təcrübəsini  daimi  gənc lərlə bölüşur.

    O, Daxili İşlər Orqanlarda  xidmət etdiyi illər ərzində  öz tabeliyində olanlara, Azərbaycan Respubli kasının Konstitusiyasına və qanunlarına əməl edilməsi Polis Andın Daxili İşlər Nazirliyinin post  — patrul xidməti nizamnaməsinin tələb lərinin  əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə olmuşdur.

Mayor Şakir Əhmədov un polis yoldaşları onu vətənpərvər, cəsarətli,  qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də   xidmət etdiyi və işlədiyi kollektivlər də, qohum-əqrəba, dost —  tanış arasında  özünə layiq hörmət qazanıb .

      Xidməti vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Azərba ycan Respublikasının Daxili İşlər Nazirinin və  onların müavinlərinin,  Polis Akademiyasının rəisinin,  İdarə və şöbə rəislərinin  müvafiq əmrləri ilə bir sıra Medalarla, «Əla Xidmət lərə Görə» döş və yubiley  nişanları ilə təltif  olunub, bir cox fəxri         fərmanlarla , qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

61 YAŞIN MÜBARƏK OLSUN ŞAKİR !

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: