Yazıçı, publisist, şair Surxay Səlimin doğum günüdür — FOTO + VİDEO

Surxay Səlim (Səlimov Surxay Məhəmməd oğlu) 1938-ci ildə anadan olub. Qəlbi ağ kağızdan da ağ olan bu insanın ürəyinin təmizliyindəndir ki, 85 yaşı haqlasa da yaşından çox-çox cavan görünür.

 O, istedadlı nasir, publisist və şairdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dövlət qulluğuna görə «Tərəqqi» medalı ilə təltif olunub. İxtisasca jurnalistdir.  Əlli ilə yaxın Kəlbəcər rayon  İstisu qəsəbə Sovetinin sədri vəzifəsində işləyib.

Səlimov Surxay Məhəmməd oğlu 1959-cu ildə Bakı Tibb Texnikumunu , 1974 –cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.1963 – cü ildən dövrü mətbuatda hekayələr,şeirlər  və publisistik yazılarla çıxış edib.Yazıçılar Birliyinin üzvüdür.Dövlət qulluğuna görə «Tərəqqi » medalı ilə təltif olunub.

Səlimov Surxay üç kitab müəllifidir.

Surxay Səlimin 2007-ci ildə nəşr olunmuş “Qorxulu  yollar” romanı erməni  işğalçılarının vəhşiliklərindən bəhs edir.Romanda  ermənilərin riyakar ,ara qarışdıran və yalançı toplum olduğu oxuculara çatdırılır.

Söz ustasının 2012 –ci ildə “Dağlardan doğan günəş” şeirlər kitabı çap olunub ki, burada müxtəlif məzmunlu şeirlər öz əksini tapıb.

Yazıçının “Qarabağ hekayələri” kitabında müxtəlif hekayələr və hadisələr öz əksini tapıb.Yazıçı hekayələrdə erməni  vandalizmini  çox sadə və təbii şəkildə təsvir edir.

Surxay Səlimi doğum günü münasibəti ilə  səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Növbəti ad gününü işğaldan azad olunmuş torpaqlarımızda keçirməyi diləyirik.

Bu xəbəri paylaşın: