Şəhid Baş leytenant Vüsal Babayevin ad günü qeyd edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsi 255 nömrəli tam orta məktəbdə torpaqlarımız uğurunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Şəhid Baş leytenant Vüsal Babayevin doğum günü münasibəti ilə anım tədbiri keçirib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov məlumat verib.

Şəhidin ad günü tədbirində Gənclər və idman nazirinin müavini , millət vəkilləri , Yasamal rayon İH nümayəndəsi, Şəhidin döyüş yoldaşları, AVMVİB  Yasamal rayon şöbəsinin üzvləri , təhsil müəssiəsinin müəlimləri və şagirdləri iştirak ediblər.

Anım mərasimində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan danışıblar. 

Tədbirin sonunda şagirdlər vətənpərvərlik mövzularına aid müxtəlif şeirlər səsləndirib. Əməkdar artisti Gülyaz Məmmədova mahnılar ifa edib 

Türkay Xaqan

Bu xəbəri paylaşın: