Ukraynanın daxili işlər naziri helikopter qəzasında həlak oldu

Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin Kiyevin Brovarı rayonunda helikopterin qəzaya uğraması nəticəsində həlak olub.
 
Fedai.az
 xəbər verir ki, Ukraynanın Brovarı şəhərində uşaq bağçasının yanında helikopter qəzaya uğrayıb.

Qəzadan sonra yanğın başlayıb, bölgəyə təcili yardım, polis və yanğınsöndürmə qrupları cəlb edilib. 

Kiyev qubernatoru Oleksiy Kuleba Telegram hesabında verdiyi açıqlamada ölən və yaralananların olduğunu, bağçadakı işçilər və uşaqların təxliyə edildiyini bildirib.

Qəza nəticəsində azı 16 nəfərin öldüyü və çoxlu sayda yaralının olduğu bildirilir.

Bu xəbəri paylaşın: