Rusiya Federasiyasının Krasnoyarsk diyarından Norilsk şəhərinin » Azərbaycanlı Vətən Sevər Qrupu»Neftçalada yaşayan az təminatlı Şəhid ailələrinə və Veteranlar yardım edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özəyinin sədri Seyyid Mübariz Ağa məlumat verib.
Rusiya Federasiyasının Krasnoyarsk diyarından Norilsk şəhərinin mərd, igid Azəbaycanın qəhrəman, ürəkləri Vətən eşqi ilə yanan Cəngavərləri «Azərbaycanlı Vətən Sevər Qrupu» 17.01.2023 – çü ildə Neftçalada yaşayan aztəminatlı Şəhid ailələri və Veteranları üçün yardım göndərəriblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala şöbəsinin idarə heyyəti «Azərbaycanlı Vətən Sevər Qrupu»-nun göndərdiyi vəsaitlə Neftçala rayonu Bankə qəsəbəsində yerləşən “Sarıoğulları” marketindən ərzaq alıblar.
“Sarıoğulları” marketin sahibləri Tahir və Böyükağa qardaşları bu tədbiri alqışlayaraq «Azərbaycanlı Vətən Sevər Qrupu» üzvülərinə minatdarlığını bildirib və özləri alış qiymətində ərzaqları qablaşdırıblar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri şəhid ailələrini və müharibə iştirakçılarını diqqət mərkəzində saxladıqları görə Norilsk şəhərindəki soydaşlarımıza təşəkkürlərini bildirirlər.
Türkay Xaqan











