Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldı

Ermənistanda ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışının keçirilməsi planlaşdırılır.

Fedai.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Qeyd olunub ki, hökumətin qərar layihəsinə əsasən təlimlərə 1000-ə yaxın hərbçi cəlb olunacaq. Məqsəd döyüş bacarıqlarını təkmilləşdirməkdir.

Təlimlərin aprelin 15-dən iyunun 15-dək keçirilməsi nəzərdə tutulur.  bakivaxti

Bu xəbəri paylaşın: