AVMVİB Zəngilan rayon şöbəsində atıcılıq üzrə turiner keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin idarə heyətinin qərarı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyinə həsr edilmiş Güllə Atıcılığı üzrə Yarışın 2023-cü il, aprel ayının 24-də keçirilməsi planlaşdırılır. Yarışda hər şöbə 1 komanda ilə iştirak edəcək. Hər komandada 3 nəfər əsas iştirakçı, 2 nəfər rezerv nəzərdə tutulur.
Toz-8 markalı, 5,6 mm tüfəngdən ayaq üstündə, dayaqdan istifadə etməklə, hər iştirakçı 25 metr məsafədə yerləşən mişenə 3 güllə atacaq. Toplanan xallara görə komandalar arasında yerlər müəyyən olunacaqdır. Yarışa hazırlıq və uğurlu nəticələr əldə etmək üçün bu gün Zəngilan rayon şöbəsi olaraq Bakı şəhəri Mərdanov qardaşları küçəsində yerləşən Atıcılıq Mərkəzində üzvlərimiz arasında seçmə turniri keçirdik. Hərəyə 3 güllə atmaqla ilk 3 lüyü və 2 nəfər rezerv komanda üzvü müəyyən oldu. Atışma iştirak edirdilər.
Qorxmaz Nəsirov, Əlsafa Quliyev, Azər Musayev, Vilayət Səmədov,Xasay Vəliyev,Sərxan Vəliyev, Orxan İsmayılov, İlham Səfərov.
Zəngilan komandasında
İlk 3 lüyə düşənlər
1-yer Vilayət Səmədov -30 xal
2-yer Xasay Əsgərov-26 xal
3-yer Qorxmaz Nəsirov -25 xal

Rezerv
Əlsafa Quliyev- 25 xal
Azər Musayev -23 xal.
Yarış iştirakçıları AVMVİB Zəngilan rayon şöbəsi sədri tərəfindən Fəxri Fərmanla təltif olundular. Sonda xatirə şəkilləri çəkildi.
Komandamıza iştirak edəcəkləri respublika çempionatında uğurlar arzulayıram.
Yarışın keçirilməsində bizə köməklik edən Hərbi Vətənpərvərlik və Mütəxəsis Hazırlığı Mərkəzinin Atıcılıq üzrə təlimatçısı Rahib bəyə dərin təşəkkürümüzü bildiririk.

AVMVİB Zəngilan rayon şöbəsinin sədri,fedai.az saytının müxbiri: Azad Musayev

Bu xəbəri paylaşın: