Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.
Fedai.az AAYDA-ya istinadən xəbər verir ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 73% icra olunub.
Texniki göstəricilər:
— Yolun ümumi uzunluğu — 123,6 km
— Yolun texniki dərəcəsi — 1B
— Hərəkət hissəsinin eni — 14-21 m
— Hərəkət zolaqların sayı — 4-6
— Torpaq yatağının eni — 21,5 — 29,5 m
— Boruların sayı — 265 ədəd (16 818 m)
— Düzbucaqlı borular — 41 ədəd (2 737 m)
— Alt keçidlər — 55 ədəd (3 850 m)
— Körpülər — 27 ədəd (1 900 m) (15 ədəd su ötürücü körpü,12 ədəd yol ötürücü körpü)
— Qovşaqlar — 7 ədəd (252 m)
— Tunellər — 3 ədəd (12 026 m)
— İstinad divarı — 1500 m (D/beton — 500 m, daş — 1000 m)
— Asfalt işləri — 950 000 m3
Yolun konstruksiyası:
— Hamarlayıcı lay optimal tərkibli qum-çınqıl qarışığı 23 sm
— Əsasın alt layı (subbase, optimal tərkibli qum-qırmadaş qarışığı) — 20 sm
— Əsasın üst layı (base, fraksiyalı pazlanmış qırmadaş) — 20 sm
— Yol geyiminin alt qatı (bitumlu təməl, iridənəli a/b) — 16 sm
— Yol geyiminin alt qatı (binder, iridənəli a/b) — 7 sm
— Yol geyiminin üst qatı (xırda dənəli a/b) — 5 sm
İcra olunub:
— Torpaq yatağı — 70,19 km,
— Hamarlayıcı layı – 47,79 km,
— Əsasın alt layı (subbase) sol tərəfdə — 40,43 km və sağ tərəfdə — 34,59 km,
— Əsasın üst layı (base) sol tərəfdə — 40,15 km və sağ tərəfdə — 31,43 km,
— Bitumlu təməl layı sol tərəfdə — 35,77 km və sağ tərəfdə — 26,31 km,
— Binder layı — 8,08 km.
• Dairəvi borular — 202 ədəd tikilib, 32-də işlər davam edir.
• Düzbucaqlı borular — 26 ədəd tikilib, 4-də işlər davam edir.
• Alt keçidlər — 44 ədəd tikilib, 2 -də işlər davam edir.
• Körpülər və qovşaqlar — 12 körpü tikilib, 12 körpüdə tikinti işləri davam edir.
• Tunellər:
— T1 tuneli (sol 1007,55 m, sağ tunel 1033,2 m). Tuneldə qazma, püskürtmə beton işləri və kəmər betonu (40 sm) tamamlanıb.
— T2 tuneli (sol 1807.9 m, sağ 1836.6 m). Sağ və sol tuneldə qazma və püskürtmə beton işləri tamamlanıb.Sağ tunelin 535,59 m kəmər betonu (40 sm) işləri tamamlanmışdır.Sol tunelin 680 m kəmər betonu (40 sm) işləri tamamlanıb.
— T3 tuneli (sol 3173,6 m, sağ 3167,65 m). Sol tuneldə qazma, püskürtmə beton işləri tamamlanıb.Sağ tuneldə 3000 metr məsafədə qazma, püskürtmə beton işləri tamamlanıb.














Demokrat
