Azərbaycanda ən çox və ən az komissiya haqqı toplayan banklar 

Azərbaycanda komissiya haqqından ən çox və ən az gəlir əldə edən banklar məlum olub.

Fedai.az  RENKİNQ ölkədə ilk dəfə olaraq bankların komissiya haqqı gəlirlərinə görə renkinqini tərtib edib.

2022-ci ilin nəticələrini əhatə edən Renkinqə əsasən ilk yarım ildə ölkədə fəaliyyət göstərən bankların komissiya haqqı gəlirləri 866 milyon 353 min manat təşkl edib.

İlk yarım ildə ölkədə ən çox komissiya haqqı toplayan «KapitalBank» olub – 342 milyon manat və ölkədə toplanılan bütün komissiya haqlarının təqribən 40%-i bu bankın payına düşüb.

Sonrakı yerləri tutan «Paşa Bank» və «Azərbaycan Beynəlxalq Bankı» (ABB) bankın topladığı komissiya haqlarının həcmi müvafiq olaraq ölkə üzrə ümumi göstəricinin 13% və 11%-ni təşkil edib.

Ölkənin ən iri banklarını bu siyahıda «Unibank» və «Rabitabank» izləyir – ölkə üzrə komissiya yığımlarının müvafiq olaraq 6,5% və 4%-i bu bankların payına düşür.

Ümumilikdə bu siyahıda ilk 5-likdə olan banklar ölkə üzrə bütün komissiya yığımlarının 75%-nə nəzarət edirlər.(FED.az)

Bu xəbəri paylaşın: