Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Ermənistanın Azərbaycana qarşı davam edən təxribatları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb.
Fedai.az xəbər verir ki, verilişdə Mətin Məmmədli (Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi), Çingiz Qənizadə (Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri), Mehmet Yüce (Uludağ Universitetinin professoru) və politoloq Zaur Məmmədov qonaq olublar.
Qeyd edək ki, martın 5-də ermənilər Azərbaycanın Qarabağ bölgəsində növbəti dəfə təxribat törədiblər. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Ötən gün səhər saatlarında daxil olmuş məlumatların yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəticədə qarşı tərəfdən atəş açılıb və atışma baş verib.
Ətraflı videoda: