Vətən müharibəsi şəhidi Kazımov Vüsal Vüqar oğlunun anası , “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşı Paşayeva Lalə Şəmşəd qızı Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə Fəxri fərman və Fəxri diplomla təltif olunub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri , «Azərsu» ASC-nin əməkdaşı Mərdan Ələsgərov şəhid anası Lalə Paşayevanı Fəxri fərmanları təqdim ediblər.
Təəqdimatda AVMVİB-in Binəqədi Rayon şöbəsinin sədri Mərdan Ələsgərov bildirib ki , Azərbaycan qadını tarixən mərdliyi, müdrikliyi və sədaqəti ilə seçilib. Qadınlarımız hər zaman atalarına, ərlərinə, oğullarına dayaq olub, çətin məqamlarda düzgün çıxış yolu tapmaqda kömək ediblər.Azərbaycan tarixinə adını öz qanı ilə yazdıran şəhid Kazımov Vüsal kimi Vətən oğulunu dünya gətrib vətənpərvər ruhda böyütdüyünüzə görə Azərbaycan xalqı Sizə minnətdardı.
Mərdan Ələsgərov qeyd edib ki ,şəhid anaları Azərbaycan xalqının ,ümumiyyətlə Türk dünyasının baş tacıdır.
Türkay Xaqan