Paşinyan Qarabağdakı son təxribatdan danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda separatçıların Azərbaycan hərbçilərinə hücumuna reaksiya verib.

Fedai.az xəbər verir ki, Paşinyan mövqeyini hökumətin iclasında açıqlayıb. Azərbaycanı təxribatda ittiham edən erməni baş nazir qondarma rejimlə Bakı arasında danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. Bununla belə, o, qondarma rejimin insidentdən sonra Bakı ilə danışıqları davam etdirmək istəməsi ilə bağlı bəyanatını da yüksək qiymətləndirib.

Paşinyan yenidən Rusiya sülhməramlılarını hədəf seçib. O, Qarabağ və Laçın yoluna beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi gərəkdiyini deyib.

Bakıya qarşı bütün ittihamlarına rəğmən Paşinyan İrəvanın sülh gündəmini reallaşdırmaqda maraqlı olduğunu söyləyib.(globalinfo)

Bu xəbəri paylaşın: