Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynovun təşkilatçılığı ilə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Neftçala rayon şöbəsinin üzvləri Şəhid ailələrini ziyarət ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov məlumat verib.
Neftçala rayonunun ən gəc şəhidi Rövşən Ağamalıyevin atası Baloğlan Ağamalıyev, Şəhid Zeynalov Məhəmməd atası Zeynalov Bəxtiyar, Dini xadimlərdən Haci Mazan Məlik oglu İsayev və Kərbəlayi Firudun bugün Kurqarabucaq kəndidə Şəhid Ağasadıq Xəlil oğlu Aslanov atası Xəlil kişinin qonağı olduq.
Neftçala rayonunun ən gəc şəhidi Rövşən Ağamalıyevin atası Baloğlan Ağamalıyev, Şəhid Zeynalov Məhəmməd atası Zeynalov Bəxtiyar, Dini xadimlərdən Haci Mazan Məlik oglu İsayev və Kərbəlayi Firudun bugün Kurqarabucaq kəndidə Şəhid Ağasadıq Xəlil oğlu Aslanov atası Xəlil kişinin qonağı olduq.
Şəhid Ağasadıq Xəlil oğlu Aslanov 1 mart 1991, Neftçala rayonu Kurqarabucaq kəndi – 8 noyabr 2020, Şuşa rayonu — Azərbaycan Silahlı Qüvvələrinin giziri,
Azərbaycan Ordusunun giziri olan Ağasadıq Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ağasadıq Aslanov Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 08 noyabr 2020-ci il tarixində Neftçala rayonu Kürqarabucaq kənd qəbirstanlığında dəfn olunmuşdur
Neftçala rayonu Kürqarabucaq kəndinin dini xadimi kəndin ağsaqqalı Hacı Mazan İsayev bizə şəhid Ağasadıq Aslanovun atası Xəlil kişi ilə tanış etdi. Şəhidin ev müzeyinə Uyuduğu müqəddəs məzara apararaq bizimlə birgə xatirə şəkili cəkdirdik.
Hacı Mazan İsayev Şəhid atası Xəlil bəyin haqqında İnsanı dəyərlərin ən alisi Mənəviyətin ən üstün mərtəbəsində olan RUNUN PAKLIĞI barəsində danışdı. Məzarı tapılmayan Xəqani Fazil oğlu Hüseynovun adına düzəldilmiş məzarsız baş daşı. Mən bir qazi olaraq Xəlil bəyib qarşısında baş əyirəm. Kimsəsiz şəhidə yaşatmaq bir şəhid atasının daha uca məqamda olmasını göstərgəsidir.
Hacı Mazan İsayev dini xadim olmaqla yanaşı həmidə gözəl sənətkardır. Məhs bu səbəbdəndə Şəhidlərin məzarları üzərində quraşdırlımış dəmir çardaqlar onun əl əməyidir. Şəhid atalarının verdiyi məlumata görə Hacı Mazan İsayev bir necə şəhid məzarının üzərində təmənnasız dəmir çardaqlar düzəltmişdir.
Şəhid atası Baloğlan dayı Hacı Mazan istər rayonumzada istərsədə Azərbaycanın başqa şəhərlərində Şəhid ailələrinə ziyarət edərək daima onların hörmətini əziz tutmuşlar.
Biz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Neftçala rayon şöbəsi adından Şəhid atası Ağamaliyev Baloğlan Rəhman oğluna və Dini xadim Hacı Mazan İsayevə dərin hörmət və minətdarlığımızı bildiririk. Biliri ki, kimliyindən aslı olmayaraq bütün Azərbaycan bəyləri və xanımları Vətən uğrunda canını fəda edən Şəhid və Qazilərə hərzaman diqqət və qayğı göstərəcəklər.
Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı adından «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Hörmətlə: AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov