Yardımlı rayonunda müharibə veteranlarından örnək addım

Novruz bayramı münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin təşkilatçılığı İlə Yardımlı rayonu Əsədabad kəndində imkansız ailələrə ərzaq payları təqdim edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib

Mayılxan Əliyev bildirib ki, Azərbaycan xalqını Novruz  bayramı münasibətilə təbrik edirəm. Hər bir imkanlı şəxsin borcu az təminatlı ailəyə əl tutmaqdır. Sağolsun, bu işdə mənə köməklik edənlər. Hər birinə öz təşəkkürümü bildirirəm (adlarının çəkilməsini istəmirlər). Duzdur mənə dəsdək olanlar adlarının çəkilməsini istəmirlər.Mən gələn yazımda hər birinin adların qeyid edəcəyəm.

Mayılxan Əliyev gördüyü bir hadisəni danışıb: «Dostlar, bir şeyi də qeyd edim ki, acıda olsa deyəcəyəm iki aztəminatlı ailəyə getdim. Hər iki ailədə əngəlli uşaqlar varözümdə pis oldum əngəlli uşaq məni qucaqlayıb ağladi ,dözmək çətindir.Özümü saxlaya bilməyib ağladım. İkinci ailədə oldum və gördüklərim  ürəyimi paramparça etdi. Qız uşağı özün idarə edə bilmir ancaq əlindəki balaca dəmirlə oynayır.Əlin mənim könəyimə uzadıb düymə ilə oynadı. Bunlara dözmək çətindir.Gəlin belə ailələrə dəstək olaq.

Bu xəbəri paylaşın: