Qardaş Türkiyədə yeni qanadlı raket sınaqları — VİDEO

Türkiyədə hərbçilər 200 km-dən çox məsafədə yerüstü hədəfə uğurla zərbə endirən Atmaca qanadlı raketini ilk dəfə sınaqdan keçiriblər.

Fedai.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi Departamentinin müdiri İsmayıl Dəmir Twitter səhifəsində yayıb.

“Raket 200 km-dən çox məsafəyədək uçdu. Bütün tapşırıqlar uğurla yerinə yetirildi. Tezliklə bu raket Türkiyə ordusunun arsenalına veriləcək” deyə Dəmir yazıb.

Bu xəbəri paylaşın: