VUR İGİDİM, VUR!

Elbariz Məmmədli

Qəzəb adamı elə boğur ki, bilmirsən hansı ifadələri işlədəsən. Pis danışanda qınanırsan, yaxşı danışanda fərqinə varan olmur. Ağlımız kəsəndən erməni-rus -fars düşmənçiliyindən danışırıq. Hər kəs öz arşınına uyğun bir tərəfə yozur. Bizi millətçilikdə qınayırlar. İndi sual verirəm, öz millətini sevmədən başqasını sevmək olarmı? Azərbaycanda millətçi (türkçü) kimi xalqın gözünə girmiş ajanların başını buraxın. Onlar rəhmətlik Vaqif Səmədoğlu demişkən, yaxası medal, arxası kürsü, qarnı yal üçün darıxanlardı. Məqamı düşəndə bir-iki ağız banlayırlar, vəssalam.
Səhər-səhər yenə qəzəb doğuran bir xəbər gəldi ki, ermənilər İrəvanda ağır atletika üzrə Avropa çempionatına qatılan idmançılarımızı girov götürüblər. Sonra çempionatın açılış mərasimindən videogörüntülər yayıldı. Bir erməni küçüyü açılış mərasimindəki bayrağımızı yandıraraq, təqdimatdan çıxardı. Bu artıq qudurğanlığın son həddidir. İndi bəziləri düşəcək ortaya ki, bəs, Avropa bu hərəkətə qiymət verməlidir. Olmayacaq və versə nə dəyişəcək ki? Avropa birliyinin missiyasını Ermənistana dolduran haylar, nəyinsə fərqinə varırlar ki? Varmırlar. Çünki onların Rusiya, Fransa, İran kimi katalizatorları var vəneçə ki, onurğaları sındırılmayıb, bu faşist əməllərini davam etdirəcəklər.
Xocalını yer üzündən siləndə, Qaradağlını, Malıbəylini, Ağdabanı və.s soyqırımına məruz qoyanda indiki kimi aktiv olmadıq. Rus agenturası içimizdə oturub məğlubiyyətlərimizi sıraya düzdü. Bu gün də həmin niyyətlərini ustalıqla icra edirlər. Bəs, bunların da yığışdırılmasına başlanacaqmı? Hələlik heç nə hiss olunmur…
80-ci illərin son aylarında bir qrup dəmiryolçu həkimlə Tuğ kəndinə getmişdim. Orda Qarabağ davasının üçüncü Şəhidi olan cəngavər məktəbli balamız Teyyub Süleymanov erməni küçükləri tərəfindən amansızcasına qətlə yetirilmişdi. Məlumatı mətbuata çıxardım. Eyni zamanda Quqarkda körpə balalarımızın boruya doldurularaq, hər iki tərəfdən qapadılıb qaynaq edildiyini, körpə qız uşağının faşist ermənilər tərəfindən zorlanaraq öldürüldüyünü yazdım. Məni iş yerimdən o vaxtki DTK sədri Vaqif Hüseynovun hüzuruna apardılar. — Səni burda çürüdərəm,- dedi- millətin namusunu sizə tapşırmayıblar. Dəmir yolunda o qədər zibiliniz var ki, get onlardan yaz. Bəli, millətin namusunu mənə tapşırmamışdılar, amma onun kimilərin ixtiyarına da buraxmamışdılar ki, səsi çixanı milli ədavəti qızışdırmaqda suçlasınlar. Bunu niyə xatırlatdım? İrəvandakı tədbirdə bu azğınlığa hüquq mühafizə sisteminin nümayəndələri də reaksiyasız qalıblar. Görünür sifariş hayların başından çox yuxarıda duran kənar güclərdən gəlib. Rusiya 200 ildən artıqdır ki, bu xalqları bir-birinə düşmən etməklə, regionda öz qanlı varlığını qoruyub saxlayır. Hər iki ölkədə kifayət qədər agent şəbəkəsi var. İran bu bazarda aktivliyini artırıb və bizə qarşı açıq düşmənçilik mövqeyi tutub. Hazırda dünya güc mərkəzləri Rusiyanın iqtisadi potensialını zəiflətmək üçün müxtəlif variantlara əl atıblar. Çin və Hindistandan üzərindən Rusiya vasitəsilə Qərbə daşınan yük marşrutlarının istiqaməti dəyişmək üzrədir. Şimaldan qapıları bağlanmaqda olan ruslar Qafqaz və İran variantından yararlanmaqda israrlıdırlar. Hətta Qazaxıstan və Türkmənistan vasitəsi ilə İrana yanacaq daşıyırlar. İmperiyalar özlərini qorumaq üçün bütün imkanlara əl atırlar. Azərbaycanın Türk Birliyi ilə bütövləşməsinə əngəl olmaq üçün xain erməniləri körükləyirlər…
İrəvandakı vandal hərəkət təkcə Azərbaycana yox, bütün Türklüyə qarşı yönəlmiş düşmənçilik niyyətidir. Artıq haylarla öz dillərində danışmağın vaxtı çatıb. Ən yaxşı erməni ölü ermənidir. Bunu ruslar, farslar, fransızlar və.s da anlasınlar, elə biz özümüz də. Millət əsgərinə, qazisinə, Şəhidinə sahib durmağı bacarmalıdır. Ucqarlarda savaş aparan oğullara isə, bircə istəyimiz ifadə olunmalıdır- Vur igidim, vur!!! Qarı düşmən dost olmaz!!!

Bu xəbəri paylaşın: