Döyüşçü qardaşımızın vəfatından bir il ötür

AVMVİB Göyçay rayon şöbəsinin üzvü Habil İsrail oğlu Həsənovun  vəfatından bir il ötür

Habil Həsənov Gədəbəy rayonu uğrunda, Başkəndin azad edilməsi əməliyyatlarında iştirak edib.

Habil Həsənovun babası da ermənilərə qarşı döyüşlərdə fərqləndiyinə görə türk paşası ona xəncər bağışlayıbmış.

Oğul var ki, evdən, oğul var ki, eldən gedir. Habil Həsənov bir döyüşçü kimi eldən getdi. Peyğəmbərimizin bir sözü var. 1 gün Vətən keşiyində durmaq 40 il ibadətə bərabərdir.

Habil İsrail oğlu Həsənovun ildönümü münasibəti ilə döyüş yoldaşları,yaxınları onun məzarı başına toplaşıb ruhuna dualar oxuyublar.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: